Ukraynanın UNN xəbər agentliyi yazır ki, Amerika nümayəndə heyəti Ciddədə Ukrayna nümayəndələri ilə danışıqlara gec gəlib.
“Amerika nümayəndə heyəti Ukrayna ilə görüşə gecikdi”, – nəşr yazır.
Agentliyin məlumatına görə, bununla əlaqədar danışıqların başlanması qısa müddətə təxirə salınıb.
Martın 11-də Səudiyyə Ərəbistanında Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar aparılır.
“The New York Times” yazır ki, Ciddədə ABŞ-la danışıqlar zamanı Kiyev Aİ-dən yardım gözləmək üçün “vaxt udmağa” çalışacaq.
DOĞRU.AZ