image-2000x150px
image-123
image-ads_atlas
image-23749_lgtbwmo1kbbackend

Axundu intim görüntülərlə şantaj edənlər həbs olundu

image-728x90px

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba üzrə keçmiş nümayəndəsi axund Elnur Əfəndiyevi intim görüntülərlə şantaj edən Nübar İsazadə və İftixar Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Doğru.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Nübar İsazadə və İftixar Ağayev Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli biliniblər.

Hökmə əsasən, N.İsazadə 10 il, İ.Ağayev isə 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs olunublar. Təqsirləndirilən şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssiəsində çəkəcəklər.

Qeyd edək ki, ittihama əsasən, N.İsazadə E.Əfəndiyevin tələbəsi olub və aralarında intim yaxınlıq baş verib. N.İsazadə işlədiyi elektronika mağazasının müdiri İ.Ağayevin köməyi ilə evinə kamera quraşdırıb və axundla intim görüntülərini qeydə alıb. Daha sonra N.İsazadə və İ.Ağayev həmin görüntüləri yaymaqla axundu hədələyərək ondan 75 min manat tələb edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki