image-2000x150px
image-123
image-ads_atlas
image-22230_qb296i51yebackend

Deputatlar Eldəniz Səlimovun toxunulmazlığının ləğvinə rəy verdilər – Yenilənib

image-728x90px

Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçiriləcək.

Doğru.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, parlamentdə Baş Prokurorun təqdimatı əsasında deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi məsələsinə baxılacaq.

Qeyd edək ki, Baş Prokuror Kamran Əliyev deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verib.

İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

E.Səlimov sosial şəbəkədə polis əməkdaşına xəsarət yetirməsinə görə üzr istəyib.

Milli Məclisin İntizam komissiyasının iclasında komissiya üzvləri deputatın toxunulmazlığının ləğv edilməsinin lehinə səs veriblər. Məsələ plenar iclasın gündəliyinə tövsiyə olunub.

Qeyd edək ki, parlamentin plenar iclası sabah saat 11:00-da keçiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki