image-2000x150px
image-123
image-ads_atlas
Gənc xanım deputatımız Səbinə Xasayevanın dili nə vaxt açılacaq?backend

Gənc xanım deputatımız Səbinə Xasayevanın dili nə vaxt açılacaq?

image-728x90px

Son günlər sosial şəbəkələrdə, internet mətbuatında 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən YAP-dan namizəd olaraq, Milli Məclisə deputat seçilən 26 yaşlı Səbinə Xasayeva haqqında müxtəlif səpkili xəbərlər yayılmaqdadır.Çoxu gənc xanım deputatı lal deputat adlandırıbdır.Doğru.az informasiya agentliyi olaraq, bizdə istədik ki, öz fikirimizi bildirək.

Milli Məclisə xalq tərəfindən deputat seçilən hər bir şəxs seçildiyi rayonda, şəhərdə yaşan sakinlərin haqq səsi olmadır desək yanılmarıq. Amma, xalqın çox hissəsi bəzi deputatlara qarşı inamları artıq itibdir. Çoxu bilir ki, seçkilər zamanı əl-ayağa düşən namizədlər seçiləndən sonra seçildiyi rayonu , şəhəri unudur.

Bəlkə də buna görə gənc deputat Səbinə Xasayevanı seçkiləri lal deputat adlandırıbdır. Çünki, belə olmasaydı xanım deputat haqqında bu cür fikirlər səsləndirilməzdi. Bu məlum məsələdir ki, bir çox deputatlar istər kiçik, istərsə də böyük işlər görən kimi mətbuat vasitəsi ilə tez işıqlandırıb gündəmdə qalmağa çalışırlar. Amma, Səbinə Xasayevanın gördüyü işlərdən heç biri də internet mətbuatının manşet xəbərinə çevilmədi. Yəqin Səbinə xanım reklamı sevmir .Unutmayaq ki, uğura yönələn işlər reklam yox, ictimaiyyət üçün örnək sayılır.

Xalqın daha çox həssas nöqtəsi 44 günlük Vətən müharibəsi oldu.Bu müharibədə çox igidlərimiz şəhid oldu.Bir çox oğullarımızda qazi oldu. Dövlət qayğısı ilə hər tərəfli təmin olunan şəhid və qazi ailələri bu gün bu xaqın, bu dövlətin qürur yeridir desək yanılmarıq.

Bəs görəsən xanım deputatımız seçildiyi rayonda şəhid ailələri ilə və qazilərlə görüşüb problemlərini dinləyərək, həlli yoluna çalışıbmı?. Görünür bu gənc xanım şəhid ailələri ilə və qazilərlə görüşməyibdir.Əgər görüşsəydi mətbuatda xəbərlər dərc olunardı. Bu xanım seçildiyi gündən Milli Məclisin tirbunasından seçildiyi dairənin vətəndaşlarının haqq səsini qaldırmadı. Qaradağ-Binəqədi-Yasamal ərasində olan sosial, məişət , ictimai və s problemlər Səbinə Xasayeva tərəfindən səsləndirilmədi. Bəlkə də xanım deputatımız gördüyü işlərlə reklam olunmaq istəmir. Amma, qeyd edək ki, bu reklam deyil sadəcə görülən işlər barəsində ictimaiyyətə hesabat verməkdi. Çünki, Səbinə xanımı o Milli Məclisdə oturmaq üçün, seçkilərinin səsini toplayıbdır.Seçkilərdən səs toplamayıb ki, ağzına su alıb otursun və aylarını, illərini başa vursun.

Bir çox deputatlar haqqında Vikipediyada məlumatlar yer almaqdadır.İstədim ki, məndə vikipediyada 26 yaşlı deputatımız Səbinə Xasayeva haqqında bilgilər toplayım.Dedim bəlkə haqqına girəm yaşı az olsa da yəqin gördüyü işlər çox olub. Vikipediyada S.Xasayeva haqqında ilk məlumat belə başlayır. Azərbaycanlı dövlət və siyasi xadim!

Gəlin indi şərh edək Kimə dövlət xadimi demək olar? Dövlət hakimiyyətinin çox ciddi, qiymətləndirilmiş xüsusi xidmətləri olan, dövlət idarəçiliyində spesifik iş prinsipləri və xarakteri ilə seçilən şəxslərə dövlət xadimi deyilir. Səbinə xanım 2014-cü ildə ali təhsili başa vurub, Azərbaycan Dillər Universitetində norveçşünaslıq ixtisası üzrə təhsil alıb. 2014-2016-cı illərdə isə ADNSU-də magistr təhsili alıb.

Xanım 2014-cü ildən Lökbatan bələdiyyəsinin üzvü seçilib. Deputat seçilənə qədər isə heç bir dövlət işində işləməyib, heç bir təcrübəsi də yoxdur. Hər halda onun vikipediyası belə deyir. Ali məktəbi bitirib, cəmi 3 il sonra “dövlət və siyasi xadim”ə çevrilib?
Sual olunur: Məammalı şəkildə mandat qazanmaq Səbinə xanımı “dövlət xadimi”nə və “siyasi xadim”ə necə çevirib? Nə tez? Bir vacib məqamı da unubudlar ki, deputatlıq dövət vəzifəsi deyil.

Bu gün dəridən, qabıqdan çıxıb deputat seçilə bilərsən amma, Milli Məclisdə lal oturub danışanlara baxmaqla irəliyə doğru addım ata bilməzsən.Düzdür Cənab Prezident bacarıqlı, ali təhsilli gənclərin ön sıralarda irəlləməsinə şərait yaradır.Daha bu o demək deyil ki, sakitcə durub çəkiləsən bir kənara. Əgər gənc xanım deputatımız bu yazımızdan sonra gördüyü işləri işıqlandırmaq istəyirsə, qulluğundayıq. İnanırıq ki, bu yazımızdan sonra gənc xanım deputatımız reaksiya verəcək, əgər sakitcə oxuyub keçəcəksə demək həqiqətəndən gənc deputatımız Səbinə Xasayeva lal deputatdır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki