image-2000x150px
image-123
image-ads_atlas
Məhşur fotoqraf Reza Deqati Xan qızı Natəvanın yaşadığı sarayda olub – FOTOLARbackend

Məhşur fotoqraf Reza Deqati Xan qızı Natəvanın yaşadığı sarayda olub – FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki, Azərbaycan əsilli olan məhşur fransız fotoqrafı Reza Deqati Xan qızı Natəvanın yaşadığı sarayda olaraq erməni vandalları tərəfindən talan edilmiş saraydan fotolar çəkərək paylaşıbdır.

Reza Deqati gördüklərini yazısında belə bildirib:

“Mən Xurşudbanu Natəvanın yaşadığı, şeirlərini yazdığı, Şuşaya su kəməri çəkməyi planlaşdırdığı Sarayda 1992-ci ildə olmuşdum. Onun şeirləri üçün ilhamlandığı pəncərənin qarşısında dayanmışdım.

Cavanşir Xan Sarayı şəhər ermənilər tərəfindən işğal edilənə – 1992-ci ilin mayına qədər ev muzeyi olub. 2020-ci ilin dekabrında mən Şuşaya qayıtdım və dəhşətə gəldim. Muzeyin daxilindəki hər şey talan edilmiş, saray dağıdılmış və həyəti donuz otlağına çevrilmişdi. Nə üçün?”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki