image-n1karobka_ads
image-123
image-67d163caae5ac9771829a1d4backend

Siyasətçi Filippo: Aİ və Makron Ukraynada sülh nizamlanmasını poza bilər

image-ad_qayo_720x110px

Avropa İttifaqı və Fransa prezidenti Emmanuel Makron Ukraynada sülh yolu ilə nizamlanmaya mane ola bilər, Fransa Patriotlar Partiyasının rəhbəri Florian Filippota xəbərdarlıq edib.

“Aİ və Makrondan hansısa çirkin hiylə gözləyin, çünki onlar sülh istəmir, müharibə istəyirlər!” — siyasətçi X sosial şəbəkəsində yazıb.

Filippo sülhü pozmaq və qoşunlarını Ukraynaya göndərmək üçün Aİ-nin mümkün təxribatları və yalan əməliyyatları barədə xəbərdarlıq edib.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva  ABŞ-dan Ciddə danışıqları ilə bağlı ətraflı məlumat almayana qədər atəşkəs təklifinə cavab verməyə tələsməyəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki