image-n1karobka_ads
image-123
image-67a5029602e8bd3ad578f5c3backend

ABŞ Çinə neft tədarük edən İran şirkətlərinə qarşı sanksiyalar tətbiq edir

image-ad_qayo_720x110px

ABŞ Maliyyə Nazirliyi İran neftinin Çinə axınını asanlaşdırdığını iddia etdiyi şəxslərə, qurumlara və gəmilərə qarşı sanksiyalar elan edib.

Müvafiq bəyanat ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.

Sanksiya siyahısına beşi İran, biri Hindistan vətəndaşı olmaqla altı nəfər daxildir.

Doqquz hüquqi şəxs də sanksiyalara məruz qalıb. Bunlardan üç şirkət İranda, ikisi Honq-Konqda və materik Çində, biri Hindistan və Seyşel adalarında qeydiyyatdan keçib.

Tətbiq edilən məhdudlaşdırıcı tədbirlər ikisi Panama bayrağı altında, biri Honq Konq bayrağı altında üzən üç gəmiyə də təsir edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki