image-n1karobka_ads
image-123
image-xchyenxdza5eagudsirtblby7fnynvifuqfokpd4_1200backend

Albaniya Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib

image-ad_qayo_720x110px

Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Doğru.az President.az-a istinadən bildirir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident İlham Əliyev.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Əziz dost, Sizə və həmvətənlərinizə Albaniya xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığımı çatdırıram. Belə kədərli vaxtda Albaniya xalqı olaraq Sizinlə və dost Azərbaycan xalqı ilə həmrəyliyimizi bildirir, yaralananlara tezliklə sağalmalarını diləyirik.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki