Crocus City Hall-da törədilən terror aktı ilə bağlı istintaq başa çatıb.
Bu barədə TASS təqsirləndirilənlərdən birinin vəkili Oleq Vlasova istinadən məlumat yayıb.
Hazırda zərərçəkmişlər iş materialları ilə tanış olurlar.
Bundan əvvəl məhkəmə evində Crocus City Hallda baş vermiş terror aktı ilə bağlı təqsirləndirilən şəxsləri qondarma şəkildə qeydiyyata alan Salohiddin Aşurovu təqsirli bilib.
Moskva vilayətinin Krasnoqorsk şəhərindəki Crocus City Hall binasında terror aktı 22 mart 2024-cü ildə baş verib. Hücum edənlər pulemyotlardan binadakı insanlara atəş açıb və auditoriyanı yandırıblar. 145 nəfər ölüb.
DOĞRU.AZ