image-n1karobka_ads
image-123
image-67a4621c02e8bd194235fa4abackend

UNHRC: İsrail üzvü olmadığı qurumdan çıxa bilməz

image-ad_qayo_720x110px

İsrail BMT İnsan Haqları Şurasının (UNHRC) üzvü olan 47 ölkədən biri deyil və buna görə də üzv olmadığı qurumdan çıxa bilməz. Bu barədə TASS-a şuranın rəsmi nümayəndəsi Paskal Sim məlumat verib.

Onun sözlərinə görə, İsrail İHK-da yalnız müşahidəçi olub və 47 nəfərlik qrupa daxil olmayıb.

“Şurada müşahidəçi olan dövlət, üzvü olmadığı qurumdan çıxa bilməz” dedi.

Sim xatırladıb ki, İsrail hakimiyyəti uzun illərdir Şura ilə daimi qarşılıqlı əlaqədə olub.

Bundan əvvəl İsrail BMT-nin İnsan Haqları Şurasından çıxdığını bəyan edib.

ABŞ prezidenti Donald Tramp da eyni bəyanatla çıxış edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki