Almaniya kansleri namizədi Fridrix Merz Ukraynadakı münaqişənin həlli üçün Rusiya lideri Vladimir Putinlə dialoqa hazır olduğunu açıqlayıb.
Siyasətçi bu haqda Funke-yə müsahibəsində deyib.
“Mən Putinlə telefonda danışsam, bu, yalnız sülh yolu ilə həllə yaxınlaşmaq şansımız olar”, – Merz vurğulayıb.
Merz bundan əvvəl Rusiya prezidenti Vladimir Putinə heç vaxt ultimatum vermədiyini demişdi.
Merz “Stern”ə müsahibəsində bildirib ki, mümkün vəzifəyə seçildikdən sonra Rusiya prezidenti Vladimir Putinlə danışmağa hazırdır.
DOĞRU.AZ