image-n1karobka_ads
image-123
image-17363524912112513075_1200x630-1backend

Bakıda növbəti yenilənmiş həyətlər istifadəyə verilib – FOTO

image-ad_qayo_720x110px

Yanvarın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın və Baku Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə paytaxtın Nizami və Xətai rayonlarında 3000-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən yenilənmiş həyətlər sakinlərin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva IDEA könüllüləri ilə birlikdə həyətlərdə keçirilən ağacəkmə aksiyalarına qatılıb, həmin ərazilərdə yaşayan azyaşlı sakinlərə hədiyyələr təqdim edib.

“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılmış digər ərazilərdə olduğu kimi, yenidən qurulmuş növbəti həyətlərdə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü minifutbol meydançası, müxtəlif idman qurğuları, şahmat meydançası, uşaqlar üçün oyun meydançası salınıb. Eyni zamanda, həyətyanı sahələrdə söhbətgahlar, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Bundan əlavə, həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ ağaclar, kol bitkiləri əkilərək yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətlərin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.

Xatırladaq ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən “Bizim həyət” layihəsi icra olunur. Layihənin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. “Bizim həyət” layihəsi çərçivəsində bu günədək 156 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi IDEA İctimai Birliyinin qaynar xətti “1113” və ya e-mail ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur.

DOĞRU.AZ

image-1736352491321449784_1200x630 image-173635249164669201_1200x630 image-17363524914477933218_1200x630 image-17363524915872559592_1200x630 image-17363524915086037354_1200x630 image-17363524915378942212_1200x630 image-17363524913307320290_1200x630 image-17363524914629351967_1200x630 image-17363524911559910675_1200x630 image-17363524913545357138_1200x630 image-17363524912935810870_1200x630 image-17363524915753819049_1200x630 image-17363524916204738640_1200x630 image-17363524915032548644_1200x630 image-17363524914639130924_1200x630 image-17363524914680611202_1200x630 image-17363524915992062539_1200x630 image-17363524913820147229_1200x630 image-17363524915085625219_1200x630 image-173635249115259266_1200x630 image-17363524913414633325_1200x630 image-17363524911187729216_1200x630 image-17363524915802844778_1200x630 image-17363524916461833612_1200x630 image-17363524912796822553_1200x630 image-17363524914986410501_1200x630 image-1736352491871631444_1200x630 image-17363524911799451200_1200x630 image-17363524913044011124_1200x630 image-1736352491270334959_1200x630 image-1736352491282620339_1200x630 image-17363524914265311798_1200x630 image-1736352491557557994_1200x630 image-173635249162518911_1200x630 image-1736352491250682584_1200x630 image-17363524915163725836_1200x630 image-17363524912452546594_1200x630 image-17363524911124558046_1200x630 image-17363524914307932498_1200x630 image-17363524913243755818_1200x630 image-17363524911970063957_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki