image-ads_n1karobka_mobile
image-nrxzkf1e98tptgdgjwfu5kt6tzajkzgdlckuivfc_1200backend

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evləri arasında minifutbol turniri keçirilib – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan 10-11 yaşlı oğlan və qızlardan ibarət komandalar arasında növbəti “Dostluq Kuboku” minifutbol turniri təşkil olunub.

Doğru.az AZƏRTAC-a istinadla xəbər verir ki, turnirin təşkilində əsas məqsəd sosial xidmət müəssisələrində böyüyən uşaqlar arasında sağlam həyat tərzini və fiziki fəallığı təşviq etməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, eləcə də yeni dostluqların qurulmasına şərait yaratmaqdır.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Bakı, Gəncə, Lənkəran və Şəki şəhərlərində yerləşən uşaq evlərinin komandaları iştirak ediblər

Yarışda komandalar “Zəfər”, “Şahinlər”, “Birlik”, “Kəpəz”, “Xan” və “Qala” adları altında güclərini sınayıblar. Qızlar və oğlanlar arasında yüksək idman əzmi və dostluq münasibəti müşahidə olunub.

Tədbirdə iştirak edən Leyla Əliyeva oyunları izləyib, komandaları dəstəkləyib, uşaqlarla səmimi söhbət edib və onlarla xatirə şəkilləri çəkdirib. Leyla Əliyeva iştirakçılara uğurlar arzulayaraq, bu cür təşəbbüslərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Turnirin yekununda qalib komandalar diplom, medal və kubokla təltif olunublar. İkinci və üçüncü yerləri qazanan komandalar da medal və diplomlarla mükafatlandırılıblar.

Tədbirin sonunda tərbiyəçilər və təşkilatçılar belə təşəbbüslərin uşaqların həyatına müsbət təsir göstərdiyini, onların özünəinamının və sosial əlaqələrinin güclənməsinə töhfə verdiyini bildiriblər. Onlar bu cür sosial layihələrin davamlı təşkilinə görə təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, “Dostluq Kuboku” minifutbol turniri ötən ildən etibarən ənənəvi xarakter alıb. Bu il keçirilən yarış da həmin təşəbbüsün uğurlu davamı kimi təşkil olunub.

DOĞRU.AZ

image-dcct6o5avkxlws1rntcbhfh5pln0srssllb8izfq_640 image-sxnncjrugf7fduvbhwhx1jz6mbiv2wnnzf6e1itz_640 image-xwmdsx6grainsxoqsofkdeh71jwsfoqghgboqent_640 image-4aaiez7prwdd6ureweqroma77f12ls4kax9f2kbm_640 image-vlqwg0gpj8fumqriqj5vtun9k8ttmxxticumz6cl_640 image-bobpdkusgwlbdccop4wsf4ryxp1xxvr72ols1hju_640 image-rzorko5vwocfioigdbkgjbsvkb3isogcgzvuqubd_640 image-d0ttrmkt7ws1ughebui0ka2tmgnh2qptuiovlr8i_640 image-jn9l4drfi9a3xcauxyjzj1awh0huwfn5vr7tnual_640 image-o6mqlpiuqmczbtmappqnrhwcyd43t0uz48wfek9k_640 image-tozngbjj30vtysblnpiqtopsje8di3tlzegdhufb_640 image-zcbdywqhtnzsblv7vuieeoko420cdqcjftbe9zcd_640 image-4ka27l91fkrabs0giq47akgptpdlvu8ne5zaibzv_640


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki