image-img-20260722-wa0030backend

Azərbaycan mətbuatı – 151 yaşında!

Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Milli mətbuatımızın əsası 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulub.

151 illik şərəfli inkişaf yolu keçən Azərbaycan mətbuatı cəmiyyətin maariflənməsində, milli-mənəvi dəyərlərin qorunmasında, ictimai fikrin formalaşmasında və dövlətçilik ənənələrinin möhkəmlənməsində mühüm rol oynayıb.

Bu gün Azərbaycan mediası yeni dövrün çağırışlarına uyğun inkişaf edərək rəqəmsal mühitdə fəaliyyətini genişləndirir, operativ, obyektiv və peşəkar informasiya ilə cəmiyyətə xidmət edir.

22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar və yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki