Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus mətbuat konfransında hantavirusla bağlı hazırkı vəziyyəti dəyərləndirib. Məlumata görə, o bildirib ki, hazırda xəstəliyin geniş miqyasda yayılmasına dair heç bir əlamət müşahidə edilmir.
Doğru.az xəbər verir ki, ÜST rəhbəri vəziyyətin dəyişə biləcəyini də istisna etməyib və monitorinqin davam etdiyini vurğulayıb.
Daha əvvəl amerikalı həkim və alim Steven Quay 19 may tarixinin hantavirusun MV Hondius gəmisindən kənara yayılmasının müəyyən edilməsi baxımından həlledici ola biləcəyini qeyd etmişdi.
Eyni zamanda, Gamaleya National Research Center for Epidemiology and Microbiology virusoloqu, professor Anatoly Alshtein RT-yə müsahibəsində hantavirusun uzun illərdir məlum olduğunu xatırladaraq bildirib ki, indiyədək böyük miqyaslı epidemiya qeydə alınmayıb.
DOĞRU.AZ

























