ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkənin iri neft şirkətləri son dövrlərdə həddindən artıq yüksək mənfəət əldə ediblər.
Doğru.az xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp İranla münaqişənin başa çatmasından sonra neft qiymətlərinin aşağı düşəcəyinə əmin olduğunu bildirib.
“Amma onlar çox pul qazandılar… Chevron çox, ExxonMobil isə çox-çox pul qazandı”, – deyə ABŞ prezidenti vurğulayıb.
Qeyd edək ki, Axios daha əvvəl yaydığı məlumatda ABŞ şirkətlərinin Venesuela hökuməti ilə heç bir neft müqaviləsi bağlamadığını bildirib.
DOĞRU.AZ
























