image-6a67402bae5ac97934005c48backend

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxdığını elan etdi

Çad Respublikası Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) təsis sənədi olan Roma Statutundan çıxdığını rəsmən elan edib.

Doğru.az xəbər verir ki, bu barədə Çad Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin kommünikesində bildirilir ki, 27 iyul 2026-cı il tarixində Roma Statutunun depozitarisi olan BMT-nin Baş katibinə Çad hökumətinin Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq barədə suveren qərarı rəsmi şəkildə təqdim edilib.

Rəsmi açıqlamada qeyd olunur ki, qərar məhkəmənin fəaliyyəti ilə bağlı aparılmış hərtərəfli təhlilin nəticəsi olaraq qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl Venesuela da Beynəlxalq Cinayət Məhkəməsindən çıxdığını açıqlamışdı. ABŞ dövlət katibi Marko Rubio isə BCM-ni tənqid edərək, onu “ləğv edəcəyinə” söz vermişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki