İsveçrənin Davos şəhərində “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilib.
Doğru.az AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Mərasim zamanı Prezident İlham Əliyev, eləcə də tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədini imzalayıblar.
Qeyd edək ki, sözügedən sənəd beynəlxalq səviyyədə sülhün, dialoqun və qarşılıqlı əməkdaşlığın təşviqinə yönəlib və Davosda keçirilən nüfuzlu toplantı çərçivəsində imzalanıb.
DOĞRU.AZ





























