image-2026_07_16_12_08_43166ji9ipjq8hgbeqicas_file_2_1784189541backend

Vəzifəyə təyin olunan şəxs kimdir?

Milli Depozit Mərkəzinin rəhbərliyinə təyinat olub.

Ajans.az xəbər verir ki, bununla bağlı MDM-dən bildirilib. Məlumata görə, MDM-in Müşahidə Şurasının 14.07.2026-cı il tarixli qərarı ilə Nağı Nağıyev İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nağı Nağıyev 2020-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankında maliyyə təhlilçisi kimi təcrübə keçib. Həmin il əmək fəaliyyətinə “SOCAR Trading” şirkətində bazar riskləri üzrə təhlilçi kimi başlayıb. O, 2022–2023-cü illərdə London Metal Birjasında çalışaraq beynəlxalq maliyyə və əmtəə bazarları üzrə peşəkar təcrübəsini genişləndirib.

Nağı Nağıyev əmək fəaliyyətini 2023-cü ilin avqustundan etibarən Azərbaycan Respublikasının Mərkəzi Bankında davam etdirib. O, 2023-cü ilin avqustundan 2024-cü ilin iyun ayınadək Mərkəzi Bankın Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentində aparıcı mütəxəssis vəzifəsində çalışıb. 2024-cü ilin iyunundan 2026-cı ilin iyul ayınadək isə həmin departamentin Nəzarətin metodologiyası şöbəsinin rəisi vəzifəsini icra edib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki