Bu gün Azərbaycanın Ucar rayonu istiqamətində səmada qeyri-adi mənzərə müşahidə olunub.
Doğru.az xəbər verir ki, günəş batımı zamanı Günəş al-qırmızı rəngdə görünərək diqqət çəkib. Doğru.az-ın kamerasına tuş gələn görüntülərdə Günəşin üfüq xəttinə yaxın hissəsində buludların təsiri ilə fərqli siluetlər yaranıb və maraqlı vizual mənzərə ortaya çıxıb.
Mütəxəssislərin bildirdiyinə görə, Günəşin bu cür qırmızı görünməsi əsasən atmosferdəki toz hissəcikləri, rütubət və işıq şüalarının sınması ilə əlaqədardır. Bu hal xüsusilə Günəş üfüqə yaxın olduqda daha aydın müşahidə edilir.
DOĞRU.AZ

























