image-ads_n1karobka_mobile
image-isti_1780603895backend

12 iyulla bağlı XƏBƏRDARLIQ  

Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraiti əsasən yağmursuz olacaq.

Bu barədə “Doğru.az“-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz olacağı gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28°, bəzi yerlərdə 32° isti olacaq.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki