image-ads_n1karobka_mobile
image-1783576994740183915_1465262958962149_7802491645493806842_n_1_1783577137backend

Bu xanım direktor təyin edildi

Salyan Peşə Liseyində yeni təyinat olub.

Doğru.az xəbər verir ki, Arzu Əliyeva Sübhan Rahim oğlu Cəbrayılov adına Salyan Peşə Liseyinin direktoru vəzifəsinə təyin edilib.

Arzu Əliyeva 2012-ci ildə Bakı Avrasiya Universitetində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Dövlət İqtisad Universitetində ‘’Dövlət və bələdiyyə idarəetməsi’’ ixtisası üzrə əlavə təhsil alır.

Əmək fəaliyyəti dövründə Saatlı və Salyan rayonlarının ümumi təhsil müəssisələrində müəllim, direktor müavini və direktor vəzifələrində çalışıb.

2024-cü il 30 aprel tarixində Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub, 2025-ci il 15 iyun tarixindən isə həmin məktəbin direktoru vəzifəsində fəaliyyətini davam etdirib.

Yeni vəzifəsində Arzu Əliyevaya uğurlar arzulayırıq./unikal

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki