image-ads_n1karobka_mobile
image-image_940x_6a03126915a9fbackend

Bu ixtisası bitirənlər İŞSİZ QALACAQ…

Azərbaycanın əmək bazarında bəzi ixtisaslara tələbat artsa da, məzunların iş tapmaq imkanları azalıb. Universitetlərdə plan yerləri real ehtiyacları tam qarşılaya bilmir.

Məsələ ilə bağlı, təhsil eksperti Elçin Əfəndi Ajans.az-a açıqlama verib.

O bildirib ki, hazırda əmək bazarında abituriyentlərin daha çox üstünlük verdiyi ixtisaslar əsasən IT və maliyyə-iqtisadiyyat yönümlü sahələrdir. Xüsusilə kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi kimi istiqamətlərə maraq yüksəkdir. Bu sahələr üzrə kadr hazırlığının artması isə gələcəkdə əmək bazarında həmin ixtisas sahiblərinin sayının çoxalacağı anlamına gəlir. Nəticədə onların arasından yalnız ən güclü və peşəkar olanlar əmək fəaliyyətinə başlaya biləcəklər.

Onun sözlərinə görə, abituriyentlər seçim zamanı yalnız bir istiqamətə yönəlməməli, fərqli sahələri də nəzərdən keçirməlidirlər. Hazırda ali təhsil müəssisələrində əmək bazarında o qədər də ehtiyac duyulmayan bəzi ixtisasların plan yerləri azaldılmalıdır. Tamamilə ləğvdən söhbət getməsə də, daha vacib və perspektivli sahələr üzrə plan yerlərinin artırılması məqsədəuyğun olar.

“Məsələn, Azərbaycanda kənd təsərrüfatı sahəsində ciddi kadr ehtiyacı mövcuddur. Buna baxmayaraq, abituriyentlər aqronomluq, aqromühəndislik, zootexniklik, baytarlıq, bitkiçilik kimi ixtisaslara maraq göstərmirlər. Halbuki əmək bazarında bu sahələr üzrə böyük boşluq və işçi tələbatı var.”

Elçin Əfəndi açıqlayıb ki, bəzi ixtisaslar üzrə plan yerlərinin müəyyən qədər azaldılması daha uyğun ola bilər. Bunlara arxiv işinin təşkili və sənədlərin qorunması, bəzi bədii yaradıcılıq istiqamətləri, o cümlədən dizayn ixtisası aid edilə bilər.

Universitet məzunlarının bəzi sahələr üzrə iş tapmaqda çətinlik çəkməsi də mövcud problemlərdəndir. Bu səbəbdən müvafiq qurumlar tərəfindən əmək bazarı mütəmadi araşdırılmalı, hansı ixtisaslara ehtiyacın az olduğu müəyyənləşdirilməlidir. Həmin istiqamətlər üzrə plan yerlərinin azaldılması daha düzgün addım olar. Buraya turizm, sosiologiya, sosial iş kimi ixtisasları da əlavə etmək mümkündür.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki