Əməkdar artist Dilarə Əliyeva ilk dəfə klipə çəkilib.
Doğru.az xəbər verir ki, aktrisa Xalq artisti Teyyub Aslanovun “Yox, babacım” adlı mahnısının klipində rol alıb.
Klipdə Dilarə Əliyevanın obrazı Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın hazırladığı milli geyimlərlə təqdim olunub.
Musiqi və sənət dünyasının tanınmış simalarını bir araya gətirən ekran işinin rejissoru Nail Naiboğludur.
Doğru.az

























