image-ads_n1karobka_mobile
image-img_5261backend

Tünzalə Ağayeva: “Sənətimin zirvəsindəyəm”

Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkə istifadəçilərinin ünvanladığı sualları cavablandırıb.

Doğru.az xəbər verir ki, sənətçi İTV-də yayımlanan “Sabahın xeyir, Azərbaycan” verilişinin “Məşhura sual” rubrikasının qonağı olub.

Tünzalə Ağayeva sevgi ilə bağlı suala cavabında bildirib ki, sevgi hər zaman mövcuddur və insanı insan edən ən ali dəyərlərdən biridir. O, qeyd edib ki, sevgisiz özünü təsəvvür etmir və Mikayıl Müşfiq yaradıcılığının bu baxımdan ona ilham verdiyini vurğulayıb.

Sənətçi ən böyük arzusu ilə bağlı sualı cavablandırarkən isə özünü maksimalist insan adlandırıb. O, sənətdə zirvədə olduğunu desə də, öyrənməyə davam etdiyini, gənc istedadları izlədiyini və gələcəkdə musiqili tamaşa yaratmağı ən böyük arzularından biri kimi gördüyünü bildirib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki