image-wp-58f31cb45b65-nocomment-281716860701fb905c24de9cf4ec869f-yhairoje9vflwu72xbackend

Subay kişilərə ŞOK QADAĞA – Qadınla birlikdə gəlməsələr…

Tək kişilər və ya qadın müşayiəti olmayan kişi qrupları İstanbulun əksər çimərliklərinə daxil ola bilmirlər.

Doğru.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verir.

Bildirlib ki, Mərmərə dənizi sahilindəki əksər çimərliklər, o cümlədən Şahzadə adalarındakı istirahət zonaları ödənişlidir. Çimərliklərə giriş qiyməti 500-dən 1500 lirəyədək dəyişir, istirahət günlərində isə qiymətlər artır. Biletin dəyərinə çətir, şezlonq, habelə mövcud olduğu təqdirdə duş və soyunub-geyinmə otaqlarından istifadə daxildir.

Lakin bu çimərliklərin əksəriyyətinə qadın müşayiəti olmayan kişilərin girişi qadağandır, onların bəziləri “ailəvi” statusu daşıyır. Məsələn, Şahzadə adalarından biri olan Böyükadada yalnız bir çimərlik kişiləri xanımlarsız qəbul edir. Giriş haqqı 900 lirə və ya 1500 rubl təşkil edir. Kişilər analoji problemlə İstanbulun və Türkiyənin digər şəhərlərinin gecə klublarına getmək istəyərkən də rastlaşırlar./Publika.az

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki