image-6a81595602e8bd77f332bb1fbackend

Ukraynaya silah satışı Türkiyə-Rusiya münasibətlərini poza bilər

Türkiyənin keçmiş hərbi attaşesindən xəbərdarlıq: Ukraynaya silah satışı Moskva ilə münasibətləri poza bilər

Doğru.az xəbər verir ki, Türkiyənin keçmiş hərbi attaşesi, təqaüddə olan Hərbi Hava Qüvvələri polkovniki İhsan Sefa Ankaranın Ukraynaya mümkün silah tədarükünün Rusiya-Türkiyə münasibətlərinə ciddi təsir göstərə biləcəyini bildirib.

Sefa bu barədə RİA Novosti agentliyinə ABŞ Konqresinə təqdim edilmiş hesabatda Türkiyənin Ukraynaya mümkün silah satışı ilə bağlı məlumatları şərh edərkən danışıb.

Onun sözlərinə görə, bu iddialar təsdiqlənərsə, Ankara ilə Moskva arasındakı münasibətlərə böyük zərər dəyə və Türkiyəyə olan etimad sarsıla bilər.

“Bu, təkcə Rusiya ilə Türkiyə arasında hərbi-siyasi əməkdaşlığa deyil, bütövlükdə ikitərəfli münasibətlərə də təsir göstərə bilər”, – deyə Sefa qeyd edib.

Polkovnik vurğulayıb ki, etimad Rusiya-Türkiyə münasibətlərinin əsas amillərindən biridir və bu etimadı şübhə altına alan addımlar ciddi nəticələr doğura bilər.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da daha əvvəl ABŞ və Türkiyənin Ukraynaya mümkün irimiqyaslı silah tədarükü planlarını “ayıq şəkildə qiymətləndirməsi üçün hələ gec olmadığını” bildirib.

Türkiyə Prezident Administrasiyasının nümayəndəsi isə Ankaranın Rusiyanın Kiyevə mümkün silah tədarükü planları ilə bağlı hər hansı məlumatının olmadığını açıqlayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki