İndoneziya sahillərində 6,2 bal gücündə yeni zəlzələ qeydə alınıb.
Doğru.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata görə, zəlzələ Moskva vaxtı ilə saat 01:13-də, Labuan Bajo şəhərindən 102 kilometr məsafədə baş verib. Yeraltı təkanların ocağı 199 kilometr dərinlikdə yerləşib.
İlkin məlumata əsasən, zəlzələ nəticəsində tələfat və ya dağıntı qeydə alınmayıb.
Qeyd edək ki, bundan əvvəl İndoneziyanın Flores adası yaxınlığında 7,7 bal gücündə güclü zəlzələ baş verib. Həmin zəlzələdən sonra bölgədə çoxsaylı afterşoklar qeydə alınıb.
DOĞRU.AZ

























