Xəbər verdiyimiz kimi, general-mayor Natiq Əliyevin qızı, tanınmış mediator Türkər Əliyeva Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsində insidentlə üzləşib.
Məlumata görə, bir neçə gün müxtəlif dövlət qurumlarına müraciət edən T.Əliyeva idarəyə gəlib və məsələ daşınmaz əmlaka dair sənədin həqiqiliyi ilə bağlı ciddi şübhələrin yaranması ilə əlaqədar olub.
İddialara əsasən, bu zaman idarədə növbə gözləyən və səhhətinin ağır olduğunu bildirən II Qarabağ müharibəsi qazisi mediatordan sakit danışmağı xahiş edib və nəticədə onların arasında mübahisə yaranıb.
Məsələ ilə bağlı Türkər Əliyevanın vəkili Məhərrəm Hacıyev Medialive.az-a açıqlama verib. Vəkil bildirib ki, qazi ilə heç bir problemləri yoxdur və özünü qazi kimi təqdim edən həmin şəxsin bu cür reaksiya verməsi onları da təəccübləndirib. Hüquqşünas baş verənlərin qəsdən qurulmuş ssenari olduğunu qeyd edib.
M.Hacıyevin sözlərinə görə, müvəkkilinə təzyiq göstərilərək sənədə qol çəkməsi tələb edilib, lakin o, həmin sənədi cıraraq yerə atıb. Vəkil vurğulayıb ki, hadisə yerində digər şəxslərin olmasına baxmayaraq, məsələyə yalnız özünü qazi kimi təqdim edən şəxs müdaxilə edib.
Yayılan görüntülərlə bağlı mediator Türkər Əliyeva açıqlama verib.
Həmin açıqlamanı təqdim edirik:
DOĞRU.AZ
























