Rusiyanın “Sonuncu cəngavər: Kolobok” nağıl filmi premyera günündə 44,8 milyon rubl gəlir əldə edərək bu yay mövsümünün ən uğurlu açılışını edib.
Doğru.az xəbər verir ki, bu barədə RİA Novosti Kino Fondunun Vahid Avtomatlaşdırılmış İnformasiya Sisteminin məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, film avqustun 6-da kinoteatrlarda nümayişə çıxıb və ilk günündə 44 821 391 rubl kassa gəliri toplayıb.
Bundan əlavə, öncədən satılan biletlər də nəzərə alınmaqla filmin ümumi kassa gəliri 53,7 milyon rublu ötüb.
Qeyd edək ki, avqustun 6-da eyni zamanda Olimpiya çempionu Roman Kostomarova həsr olunan “Kostomarov. Taledən Güclü” bioqrafik dram filminin çəkilişləri də başa çatıb.
DOĞRU.AZ
























