“Zakir Qaralov Qarbağ xanlarının nəslindəndir”.
Doğru.az xəbər verir ki, bunu genetik tədqiqatçı, “Azərbaycan DNT layihəsi”nin administratoru Orxan Xansuvar iddia edib.
Onun sözlərinə görə, keçmiş baş prokurorun mənsub olduğu Borçalının tanınmış Qaralovlar nəsli Qarabağ xanları ilə ata xətti ilə genetik olaraq (əmioğlu) qohum sayılmalıdır:
“Qaralovlar nəsli tarixi köklərinə görə Gürcüstanın Borçalı bölgəsinin (indiki Dmanisi rayonunun) tarixi Ormeşən (əvvəlki Başkeçid) kəndindən gələn, Azərbaycanın ictimai, elmi və hüquq sahələrində tanınmış ziyalı nəsillərindən biridir.
Qarabağ xanı Pənahəli xanın və Cavanşir tayfasının birbaşa oğul nümayəndəsindən alınan nümunənin nəticəsi J2- haploqrupunun BY72016 subkladı olaraq müəyyən olunmuşdu. Bu qolun 3600 il yaşı var. Təxmini olaraq 700 ilə (1300-cü ildə) ata xətti ilə Qarabağ xanları aşağıdakı nəsillərlə birləşir:
1. Borçalı,Qaralovlar nəsli
2. Balakən,Qazma kəndi, Yüzbaşıyevlər bəy nəsli
3. Qazax, İkinci Şıxlı kəndi
Təxmini olaraq ata xətti ilə 1000 ilə birləşən digər əmioğlu nəsillər:
4. Zəngilan Muşlan kəndi (ata babaları Mərəndin Üçdibin kəndindən köçüblər
5. Goranboy şəhəri (Qazaxdan köçdüyü düşünülür)
Çox maraqlıdır ki,bu nəsillər 2150 il öncə Türkiyədən türklərlə birləşir və eyni subkladı bölüşür. Bu da göstərir ki, subklad əsasən türklərə xasdır və türk mənşəlidir”./yenisabah/
DOĞRU.AZ
























