Bizimyol.info günlük bürcləri təqdim edir:
Qoç
Günün başlanğıcı gərgin keçə bilər. Həmkarlar və tərəfdaşlarla ünsiyyət səbir tələb edəcək: hətta kiçik anlaşılmazlıqlar belə sizi tarazlıqdan çıxara bilər. İradlara həddindən artıq həssas reaksiya verməyin və xırda məsələlər üstündə mübahisəyə girişməyin.
Günün ikinci yarısında vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşacaq. Maraqlı iş tapşırıqları, perspektivli ideyalar və özünüzü ən yaxşı tərəfdən göstərmək imkanı yaranacaq. Məntiqin aciz qaldığı yerdə intuisiya sizə düzgün qərarı göstərəcək. Xoş xəbərlər də mümkündür.
Buğa
Səhər saatlarında obyektivliyi qorumaq xüsusilə vacibdir. Maliyyə, sənədlər və ya iş razılaşmaları ilə bağlı məsələlərdə xəyallara qapılmayın, məlumatları diqqətlə yoxlayın. Vəziyyətə realist yanaşma səhvlərdən yayınmağa kömək edəcək.
Ümumilikdə gün uğurlu keçəcək. Üzərində çox çalışdığınız layihələri başa çatdıra, layiq olduğunuz qiyməti ala və uzun müddətdir açıq qalan məsələləri həll edə biləcəksiniz. Uğurlu səfərlər də mümkündür.
Əkizlər
Günün birinci yarısı vacib işlər və təşəbbüslər üçün əlverişlidir. Siz qərarları tez qəbul edir, inamla hərəkət edir və lazım olan məlumatı asanlıqla tapırsınız. Danışıqlar, təhsil və uzunmüddətli planların müzakirəsi üçün münasib zamandır.
Günortadan sonra emosional fon daha gərgin olacaq. Tez-tez fikir ayrılığı yaşadığınız insanlarla ünsiyyəti məhdudlaşdırmağa çalışın. Düşünülməmiş maliyyə qərarlarından və planlaşdırılmamış iri xərclərdən uzaq durun.
Xərçəng
Gün ziddiyyətli keçəcək, amma ümumilikdə uğurlu olacaq. Əsas odur ki, öz gücünüzə inanın və seçdiyiniz istiqamətə şübhə etməyin. Özünəinam hətta çətin tapşırıqların öhdəsindən gəlməyə və rəhbərlikdə xoş təəssürat yaratmağa kömək edəcək.
Gözlənilməz görüşlər və maraqlı təkliflər mümkündür. Yeni ideyalar perspektivli olacaq, lakin onları tədricən, tələsmədən və artıq riskə getmədən həyata keçirmək daha məqsədəuyğundur.
Şir
Günün birinci yarısı xüsusilə iş, danışıqlar və maliyyə məsələləri üçün əlverişlidir. Əməkdaşlıq şərtlərini müzakirə etmək, müqavilələr bağlamaq və karyera inkişafı ilə bağlı qərarlar qəbul etmək olar. İşgüzar intuisiya sizi yanıldmayacaq.
Günortadan sonra daha ehtiyatlı olmaq lazım gələcək. Həmkarlarla fikir ayrılıqları və ünsiyyətdə anlaşılmazlıqların yaranma ehtimalı artır. İşin keyfiyyətinə diqqət yetirin və səbir tələb edən məsələlərdə sürətli nəticə gözləməyin.
Qız
Gün hadisələrlə zəngin olacaq. Siz təkcə öz tapşırıqlarınızı yerinə yetirməyəcək, həm də başqalarına çətinliklərin öhdəsindən gəlməkdə kömək edəcəksiniz. İşdə dəyişikliklər və ya yeni vəzifələrin ortaya çıxması mümkündür. İlk narahatlığa baxmayaraq, hadisələr sizin xeyrinizə inkişaf edəcək.
Axşam saatlarında mübahisəli mövzulardan və kəskin söhbətlərdən çəkinmək daha yaxşıdır. Sakit danışıq tərzi və kompromisə hazır olmaq yaxınlarınız və həmkarlarınızla yaxşı münasibətləri qorumağa kömək edəcək.
Tərəzi
Bu gün diqqət və təmkin tələb olunacaq. Kollektivdə fikir ayrılıqları və ya iş məsələləri ilə bağlı mübahisələr mümkündür. Başqalarının maraqlarının sizin maraqlarınızı tamamilə kölgədə qoymasına imkan verməyin: güzəştə getmək yalnız müəyyən həddə qədər faydalıdır.
Hətta adi işlər də həmişəkindən daha çox vaxt və enerji tələb edə bilər. Lakin axşam gündüz yaşanan çətinlikləri xoş xəbərlər, uğurlu təsadüflər və səmimi görüşlərlə kompensasiya edəcək.
Əqrəb
Siz qətiyyətlisiniz və məqsədləriniz uğrunda mübarizə aparmağa hazırsınız. İmkanlarınızı obyektiv qiymətləndirsəniz, bu əhval-ruhiyyə yaxşı nəticələr əldə etməyə kömək edəcək. Həddindən artıq israrla rəğbətinizi qazanmağa çalışan və ya sizi şübhəli layihələrə cəlb etmək istəyən insanlara etibar etməyin.
Günün ikinci yarısında vəziyyət daha əlverişli olacaq. Uğurlu təsadüflər, perspektivli ideyalar və həqiqətən etibar etdiyiniz insanların dəstəyi mümkündür.
Oxatan
Gün asan olmayacaq, amma böyük perspektivlər vəd edir. Günün birinci yarısında toplu olmağınız və əsas məsələyə diqqəti cəmləməyiniz sayəsində nəzərəçarpacaq uğurlar əldə edə bilərsiniz. Faydalı tanışlıqlar və təcrübəsi sizin üçün dəyərli olacaq insanlarla görüşlər ehtimal olunur.
Axşam şəxsi işlərə və yaxınlarla ünsiyyətə vaxt ayırmağa dəyər. Bu, gücünüzü bərpa etməyə və son vaxtlar daha çox diqqət tələb edən münasibətləri möhkəmləndirməyə kömək edəcək.
Oğlaq
Gün iş və qayğılarla dolu olacaq. Təcrübəniz, praktik yanaşmanız və sağlam düşüncəniz hətta mürəkkəb tapşırıqların öhdəsindən gəlməyə kömək edəcək. Lazımsız risklərə getməyin və etibarlı müttəfiqlərə arxalanın — məhz belə strategiya ən yaxşı nəticəni verəcək.
Axşam bir çox məsələyə yeni baxış bucağından yanaşmaq imkanı yaranacaq. Bu, plan qurmaq, yaradıcılıqla məşğul olmaq və gələcək layihələri müzakirə etmək üçün əlverişli zamandır.
Dolça
Gün xoş və sakit keçəcək. Ola bilsin ki, böyük qələbələr əldə etməyəcəksiniz, amma faydalı əlaqələr qurmağa, perspektivli ideyaları müzakirə etməyə və həmkarlarla münasibətləri möhkəmləndirməyə nail olacaqsınız. Maliyyə məsələləri və alış-veriş də uğurlu olacaq.
Yeni simpatiyalar və ya maraqlı tanışlıqlar mümkündür. Günün sonuna yaxın kiçik anlaşılmazlıqlar yarana bilər, amma sakitliyinizi qorusanız, onlar tezliklə geridə qalacaq.
Balıqlar
Səhər saatlarında xüsusilə diqqətli olmaq lazımdır. Günortaya qədər vacib qərarlar qəbul etməmək və maksimum diqqət tələb edən layihələrə başlamamaq daha yaxşıdır. Diqqətsizlik və ya məlumat çatışmazlığı səbəbindən səhvlər mümkündür.
Əvəzində günün ortası yeni ideyaların müzakirəsi, həmfikir insanlar tapmaq və gələcək addımları planlaşdırmaq üçün əla zamandır. Axşam sizi xoş xəbərlər və yaxınlarınızla səmimi ünsiyyət sevindirəcək.
DOĞRU.AZ
























