image-img-20260714-wa0091backend

Leyla Rəhimova yeni yaşını musiqili layihə ilə qeyd etdi – VİDEO

İstedadlı müğənni Leyla Rəhimova doğum gününü yeni musiqili layihəsinin təqdimatı ilə yadda qalan edib.

Doğru.az xəbər verir ki, sənətçi həmkarı Mahir Zeynalovla birgə ərsəyə gətirdiyi “Təki sən səslə məni” adlı yeni mahnını və ona çəkilən klipi musiqisevərlərin ixtiyarına verib.

Romantik ovqatı və duyğusal ifası ilə seçilən layihənin musiqisi Mahir Zeynalova, sözləri isə tanınmış şair Eliağa Kürçaylıya məxsusdur. Mahnının aranjımanı da Mahir Zeynalov tərəfindən hazırlanıb. Klipin rejissoru Elsəvər Murtuzovdur.

Layihənin məhz bu gün təqdim olunması təsadüfi deyil. Belə ki, bu gün Leyla Rəhimovanın doğum günüdür və sənətçi yeni musiqi işini özünə ən gözəl ad günü hədiyyəsi kimi təqdim edib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki