WE Project Media platforması özünün “Instagram” səhifəsində dünyada tanınan azərbaycanlılarla bağlı siyahı paylaşıb.
Doğru.az xəbər verir ki, paylaşımda Azərbaycanın mədəniyyət, incəsənət və media sahələrində tanınan simalarının adları yer alıb. Siyahıda Xalq artisti Tünzalə Ağayeva da yer alıb.
WE Project Media pop ulduz Tünzalə Ağayevanı Azərbaycan musiqisinin tanınmış nümayəndələrindən biri kimi təqdim edib.
Qeyd edək ki, sənətçi uzun illərdir həm ölkə daxilində, həm də beynəlxalq layihələrdə uğurlu fəaliyyəti ilə diqqət çəkir. Tünzalə Ağayeva Azərbaycan estradasının tanınmış simalarından biri hesab olunur və sosial şəbəkələrdə geniş izləyici auditoriyasına malikdir.
DOĞRU.AZ

























