image-ads_n1karobka_mobile
image-e956e2fbbd57d53dbackend

Dəhşətli helikopter qəzası: məşhur müğənni öldü – FOTO

Məşhur amerikalı müğənni Oliver Tree Braziliyada helikopter qəzasında həlak olub.

Sfera.az xəbər verir ki, bu barədə Rio-de-Janeyro polisi məlumat yayıb.

Bildirilib ki, Rio səmasında iki helikopter toqquşaraq dayanacağa çırpılıb. Qəza yerində böyük yanğın baş verib və onlarla avtomobil yanıb.

Təyyarə qəzasında sosial mediada təxminən 7,5 milyon izləyicisi olan argentinalı bloger Qaspar Prim də daxil olmaqla, ümumilikdə 6 nəfər həlak olub. O, təyyarədə 32 yaşlı Oliver Tree ilə birlikdə olub.

Qeyd edək ki, sosial mediada təxminən 20 milyon izləyicisi olan Tree dünya turnesi çərçivəsində Rio-de-Janeyroda imiş.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki