image-c5175e88-0bec-4e9d-93e9-7b65dd6d480d-1backend

“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”

Son illər xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclərin sayı artdıqca, bu sahədə xidmət göstərən şirkətlərə müraciətlər də çoxalır. Mütəxəssislər hesab edirlər ki, düzgün seçim etmək gələcək təhsil və karyera planlamasının ən vacib mərhələlərindən biridir.

Medialive.az xəbər verir ki, First Academy şirkətinin rəhbəri Vüsal Qəribov bildirib ki, müraciət edənlərin ən çox rastlaşdığı problemlərdən biri prosesə kifayət qədər araşdırma aparmadan başlamalarıdır.

Onun sözlərinə görə, xaricdə təhsil yalnız universitetə qəbul olmaqdan ibarət deyil. Ölkənin seçilməsi, ixtisasın əmək bazarına uyğunluğu, maliyyə planlaması, yaşayış xərcləri və viza prosedurları da əvvəlcədən nəzərə alınmalıdır.

“Namizədlər bəzən yalnız sosial şəbəkələrdə gördükləri məlumatlara əsasən qərar verirlər. Halbuki hər tələbənin akademik göstəriciləri, dil səviyyəsi və məqsədləri fərqlidir. Buna görə də fərdi yanaşma vacibdir”, – deyə V.Qəribov qeyd edib.

Ekspert hesab edir ki, xaricdə təhsil şirkəti seçərkən ilk növbədə onun fəaliyyət prinsipləri araşdırılmalıdır. Şirkətin rəsmi müqavilə ilə işləməsi, müraciət prosesini mərhələlərlə izah etməsi və real məlumat təqdim etməsi gələcəkdə yarana biləcək problemlərin qarşısını ala bilər.

V.Qəribovun sözlərinə görə, qəbul və viza prosesində heç bir şirkət nəticəyə yüz faiz zəmanət verə bilməz. Bu səbəbdən vədlərdən daha çox prosesin necə idarə olunmasına diqqət yetirilməlidir.

O, xaricdə təhsil almağı planlaşdıran gənclərə aşağıdakı tövsiyələri verib:

* universitet və ixtisas seçimini tələsik etməmək;

* qəbul şərtlərini və maliyyə imkanlarını əvvəlcədən araşdırmaq;

* xarici dil hazırlığını erkən başlamaq;

* bütün sənədləri rəsmi qaydada hazırlamaq;

* əməkdaşlıq edilən şirkətlə müqavilənin şərtlərini diqqətlə oxumaq.

Qəribov əlavə edib ki, son illərdə gənclər arasında Avropa ölkələri ilə yanaşı Kanada və Asiya universitetlərinə də maraq artıb. Onun fikrincə, uğurlu nəticə ilk növbədə düzgün planlama, real gözləntilər və ardıcıl hazırlıqdan asılıdır.

Mütəxəssislər də hesab edirlər ki, xaricdə təhsil qərarı verilərkən yalnız qəbul mərhələsi deyil, məzun olduqdan sonrakı karyera imkanları da nəzərə alınmalıdır. Bu isə həm tələbənin, həm də ailəsinin daha məlumatlı qərar qəbul etməsinə kömək edir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki