Yaponiyanın Kyuşu adasında 5,8 bal gücündə yeni zəlzələ qeydə alınıb.
Doğru.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Kumamoto prefekturasında yerləşib. Zəlzələnin ocağı dayaz olub. Hadisədən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib.
Xatırladaq ki, iyulun 28-də də Kyuşu adasında əvvəlcə 7,1 bal, qısa müddət sonra isə 6,1 bal gücündə zəlzələlər baş vermişdi.
Son məlumatlara əsasən, həmin zəlzələlər nəticəsində 18 nəfər həyatını itirib, azı 62 nəfər yaralanıb.
Hadisə ilə bağlı əlavə məlumat olduqca ictimaiyyətə təqdim ediləcək.
DOĞRU.AZ
























