Bizimyol.info günlük bürcləri təqdim edir:
Qoç
Tələsmədən, hər addımı ehtiyatla atsanız, bütün işləriniz uğurla bitəcək. Bu gün sürətli qərar vermə vərdişiniz faydadan çox ziyan gətirə bilər. Ona görə hadisələri qabaqlamağa çalışmayın, vəziyyətin necə inkişaf etdiyini diqqətlə izləyin, yalnız bundan sonra hərəkətə keçin.
Ciddi öhdəlik götürməzdən, kiməsə söz verməzdən və ya birgə iş barədə razılaşmazdan öncə vəziyyəti soyuqqanlılıqla dəyərləndirin. Yeni bir fikriniz varsa, dərhal həyata keçirməyə tələsməyin. Əvvəlcə hərtərəfli düşünün, zəif yerlərini tapın, yalnız sonra icraya başlayın.
Buğa
Günə önəmli bir işlə başlamaq, ya da ciddi bir məsələni həll etmək istəyirsinizsə, bundan çəkinməyin. İlk saatlar çox əlverişli keçəcək və başqalarının bacarmadığı işlərdə belə uğur qazanacaqsınız.
İşlər adətdən daha rahat alınacaq. Bu, təkcə tanış tapşırıqlara deyil, sizin üçün tamamilə yeni olan məsələlərə də aiddir. Çətin göründüyünə görə uzun müddət başlamağa cəsarət etmədiyiniz bir iş varsa, məhz indi ona girişin. Hər şeyin gözlədiyinizdən tez və asan alınma ehtimalı yüksəkdir.
Əkizlər
Bu gün asanlıqla qələbə çalacağınızı və ya güclü rəqibi tez tərk edəcəyinizi düşünürsünüzsə, yanılırsınız. Hadisələr sizin xeyrinizə gedə bilər, amma istədiyiniz nəticəyə çatmaq üçün ciddi zəhmət lazım gələcək.
Bu, xüsusən yeni bir layihəyə başlayan, iş yerini dəyişən və hələ vəzifəsinə tam alışmayan Əkizlərə aiddir. Nə etməli olduğunuzu, ətrafınızdakıların sizdən nə gözlədiyini anlamaq çətin ola bilər. Buna bir neçə saat, bəzən bütün gün lazım gələ bilər. Ancaq vəziyyət aydınlaşandan sonra özünüzü çox daha əminliklə hiss edəcək, yeni hədəflər qoyacaq və sürətlə irəliləyəcəksiniz.
Xərçəng
Bu gün nə baş versə, sakit qalmağa çalışın. Gün o qədər də rahat keçməyəcək, xüsusən planlaşdırdıqları işlə rahat məşğul olacağını güman edən Xərçənglər üçün. Ulduzlar sizə çoxlu gözlənilməz məqam hazırlayıb, aralarında xoşagəlməz sürprizlər də ola bilər.
İşlər arzuolunan şəkildə getmədikdə ruhdan düşməyin. Siz həm öz, həm başqalarının səhvlərini düzəltmə, demək olar ki, ümidsiz görünən vəziyyəti xilas etmə yolu tapacaqsınız. İlin əvvəlində qazandığınız təcrübə burada işə yarayacaq. O dövrdə nə ilə məşğul olduğunuzu xatırlayın — indiki vəziyyət o zamankı hadisələrlə çox oxşarlıq göstərə bilər.
Şir
Bu gün nəsə plan üzrə getməsə, dərhal narahat olmayın. Xüsusən günün ilk yarısında çətinliklərə rast gəlmək ehtimalı yüksəkdir. Məşğul olduğunuz iş nə qədər ciddidirsə, qarşınıza çıxan maneələr də bir o qədər böyük görünə bilər.
Bütün problemləri həll etmək mümkündür, ancaq bunu tək öhdənizə götürməyin. Köhnə dostlara və etibarlı müttəfiqlərə müraciət edin. Onlar sizə dəstək olacaq, hətta bəzi işləri öz üzərlərinə götürəcək. Yeni tanışlara isə ehtiyatla yanaşın. Onlar sizi təxribata çəkə, əsəbləşdirə, ya da şübhəli bir işə cəlb edə bilər.
Qız
Yaxın vaxtlara qədər gerçəkləşəcəyinə az qala inanmadığınız cəsarətli planınızı həyata keçirmək üçün ideal gündür. Bir çox hadisə gözlədiyinizdən daha uğurlu inkişaf edəcək, sizin başlıca vəzifəniz isə yaranan bu əlverişli fürsətdən düzgün istifadə etməkdir. Köhnə tanışlarınızın, təcrübəsinə hörmət etdiyiniz insanların məsləhətlərinə qulaq asın. Bu gün improvizasiya etmək və tamam yeni bir yol axtarmaq şərt deyil. Sınanmış nümunədən yararlana, etibarlı müttəfiqlərin göstərdiyi istiqamətdə hərəkət edə bilərsiniz.
Bəzi Qızlar son vaxtlar üzərində çox fikirləşdikləri suallara cavab tapacaq. Bu, gələcək planlarınızı daha dəqiq qurmağa kömək edəcək. İş təklifləri də mümkündür. Onlar dərhal marağınızı çəkə bilər, amma son sözü deməzdən öncə daha çox sual verin. Alacağınız əlavə məlumat fikrinizi dəyişə bilər.
Tərəzi
Vacib görüşlərə, ya da izdihamlı tədbirlərə qatılmağı planlayan Tərəziləri asan bir gün gözləmir. İnsanlarla dil tapmaq adətdən çətin olacaq, kiçik səbəblərdən mübahisə və fikir ayrılığı yarana bilər. Köhnə tanışlarınızdan biri sizə iradlar bildirməyə, köhnə küsülülükləri yada salmağa başlaya bilər. Gərginliyi yumşaltmaq və vəziyyətin daha da qızışmasına yol verməmək üçün bütün diplomatiya bacarığınıza ehtiyac duyulacaq.
Bu təsir xüsusən günün əvvəlində güclü hiss ediləcək. Vaxt keçdikcə gərginlik azalacaq, günortaya doğru özünüzü daha rahat və əmin hiss edəcəksiniz. Amma o vaxta qədər həm fiziki, həm emosional yorğunluq toplana bilər. Tənha qalmaq, işləri müvəqqəti təxirə salıb fasilə vermək istəyəcəksiniz. Şərait imkan verirsə, elə də edin. Sonra özünüzü xeyli yaxşı hiss edəcəksiniz.
Əqrəb
Bu gün ehtiyatlı olmalı, düşünülməmiş addımlardan çəkinməli və yerinə yetirə biləcəyinizə şübhəniz olan öhdəlikləri qəbul etməməlisiniz. Təxribata uymaq, səhv etmək və şübhəli, hətta təhlükəli bir işə qarışmaq çox asan olacaq.
Ətrafınızda başqalarını idarə etməyi bacaran insanlar peyda ola bilər. Onlar zəif nöqtələrinizi tez tapıb bundan yararlanmağa çalışacaq. Öz mənafeyinizi qorumağa hazır olun. Bunu qətiyyətlə, lakin eyni zamanda sakit şəkildə edin ki, başqalarının gözündə münaqişəni başladan tərəf kimi görünməyəsiniz.
Oxatan
Gün bir çox Oxatanı pul gəliri ilə sevindirə, ya da sərfəli müqavilə bağlamaq fürsəti verə bilər. Sürətli karyera yüksəlişi və gəlir artımı vəd edən təkliflər də mümkündür. Əvvəllər gözdən qaçan peşəkar keyfiyyətləriniz bu gün çox axtarılan bacarıqlara çevriləcək. Sizi lazımınca qiymətləndirməyən insanlar öz səhvini anlayacaq. Yeni iş tərəfdaşları, müttəfiqlər və layihələrinizə sərmayə yatırmağa hazır şəxslər tapmaq şansınız olacaq. Belə təkliflərə ciddi yanaşın, açıq danışın, gələcəkdə önəm daşıya biləcək məlumatları gizlətməyin. Uzunmüddətli əməkdaşlıq quracağınız insanla səmimi danışıq üçün əlverişli gündür.
Şəxsi münasibətlərdə də gün uğurlu olacaq, xüsusən yeni görüşlərə açıq olan Oxatanlar üçün. Əyləncə tədbirlərinə, eləcə də maraq dairənizə uyğun mühazirə, seminar və konfranslara qatılmaq ünsiyyət çevrənizi əhəmiyyətli dərəcədə genişləndirə bilər.
Oğlaq
Günün əvvəlində hər şeyin əksinə getdiyini düşünə bilərsiniz. Amma sakit qalıb vəziyyətə obyektiv baxsanız, söhbətin sadəcə kiçik və müvəqqəti çətinliklərdən getdiyini görəcəksiniz. Onların öhdəsindən gəlmək düşündüyünüzdən asandır. Üstəlik, hər şeyi tək həll etmək məcburiyyətində deyilsiniz, çünki kömək istəyə biləcəyiniz insanlar yanınızdadır. Sadəcə müttəfiqlərinizə nə istədiyinizi, işi necə və nə vaxt yerinə yetirməli olduqlarını dəqiq izah edin. Çoxsaylı suallara səbirlə cavab verin. Təlimatınız nə qədər aydın olsa, nəticə bir o qədər tez və keyfiyyətli çıxacaq.
Həmkarlarla kiçik fikir ayrılıqları mümkündür və çox güman ki, bu, işlə bağlı olmayacaq. Fasilə vaxtı şəxsi məsələləri müzakirə etməmək daha ağıllıdır, xüsusən sirrlərinizin yayılmasını istəmirsinizsə. Qeybət etməyi sevən biri eşidə bilər və bir həmkara dediyiniz söz tezliklə hamıya çatar. Ona görə artıq açıqlıqdan uzaq durun.
Dolça
Bu gün nikbinliyinizin sayəsində uğur qazanacaqsınız. Şərait o qədər əlverişli görünməyə bilər, amma başqalarının narahat olub çaşacağı yerdə siz sadəcə görülməli işi görəcəksiniz. Məhz bu yanaşma bir çox mühüm hədəfə çatmağınıza kömək edəcək. Bu təsir xüsusən karyerada irəliləmək və özünü göstərmək istəyən Dolçaların iş həyatında nəzərə çarpacaq. Davranış tərziniz insanlarda xoş təəssürat yaradacaq, yeni müttəfiqlər qazanmağınız mümkündür.
İş səfərləri də uğurlu keçəcək. Başqa şəhər və ya ölkədə işləmək təklifi ala bilərsiniz. Şərtlər kifayət qədər cəlbedici görünəcək, dərhal imtina etməyin. Hər şeyi diqqətlə araşdırın, üstün və çatışmayan tərəfləri müqayisə edin, ailə üzvləri ilə məsləhətləşin. Bəlkə də məhz bu təklif və verəcəyiniz qərar həyatınızda böyük dəyişikliklərin başlanğıcı olacaq.
Balıqlar
Günün əvvəlində başladığınız hər işə, hətta ən xırdasına belə ciddi yanaşmaq vacibdir. Diqqətsizlik səhvlərə, yarımçıq qalan işlərə və asanlıqla qarşısı alına biləcək çətinliklərə səbəb ola bilər. Elə ilk saatdan özünüzü doğru ovqata köklyəin. Hər şeyin öz-özünə düzələcəyinə güvənməyin, ardıcıl olun, detallara diqqət edin, ən kiçik yanlışlığa belə yol verməməyə çalışın.
Günü belə keçirmək planlarınıza uyğun olmasa da, çox keçmədən vəziyyət yaxşılaşacaq. Ona görə ruhdan düşməyin. Günortaya doğru xoş xəbərlər, maraqlı təkliflər, ya da çoxdan görmədiyiniz köhnə tanışlarla sevincli görüşlər sizi gözləyə bilər.
DOĞRU.AZ
























