image-3d2ens7ykbovlkgdrxzytxr2oo7wllsjvirevca4_1200_1784355095backend

Qardaş ölkədə GÜCLÜ ZƏLZƏLƏ

Türkiyənin Malatya bölgəsinin Battalqazi rayonunda 5 bal gücündə zəlzələ baş verib.

Ajans.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxt ilə saat 07:20-də qeydə alınıb.

Zəlzələnin ocağı 15.59 kilometr dərinlikdə olub.

Seysmik hadisə Elazığ, Adıyaman, Tunceli və Şanlıurfada da hiss olunub.

İtki və dağıntı barədə hələlik məlumat yoxdur.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki