“Azəriqaz” İstehsalat Birliyinin Texniki İstismar şöbəsi ləğv edilib.
“Doğru.az“-ın məlumatına görə, ləğv edilən şöbənin yerində “Azəriqaz” İB-nin aparatında İstismar Departamenti yaradılıb.
Ləğv edilən Texniki İstismar şöbəsinin müdiri Səməd Əliyev sözügedən departamentin rəisi təyin olunub.
Bununla bağlı qurumun baş direktoru Azər Məmmədov əmr imzalayıb.//Qaynarinfo
DOĞRU.AZ
























