image-ads_n1karobka_mobile
image-17776550572124826383_1200x630backend

“Bentley Baku” Rəşad Mehdiyevin yeni əsərlərini təqdim edib – FOTO

“Bentley Baku” “Art in Motion” simvolik ad altında Rəşad Mehdiyevin fərdi sərgisini təqdim edərək, yüksək incəsənət ilə dərin fəlsəfənin qovuşduğu məkana çevrilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva sərgini ziyarət ediblər.

Bu sərgi statik düşüncə anı ilə insanın daxili transformasiyasının davamlı axını arasındakı incə sərhədin tədqiqidir. Müəllifin diqqət mərkəzində metamorfozlar dünyası dayanır; burada qəhrəmanların düşüncələri və arzuları fiziki formaya çevrilərək insan mahiyyətinin davamı kimi çıxış edir və sərhəd tanımayan daxili aləmin zənginliyini simvolizə edir.

Ekspozisiyaya olan yüksək maraq Azərbaycan müasir mədəniyyəti fonunda Rəşad Mehdiyevin yaradıcılığının dəyərini aydın şəkildə ortaya qoyub.

“Art in Motion” təbii estetika ilə dərin simvolizmi birləşdirir. Burada hər bir əsər və hər bir forma fantaziyanın həyatın yeganə həqiqi meyarına çevrildiyi reallığa açılan portal kimi təqdim olunur. Müəllifin rəngkarlıq ustalığı ilə heykəltaraşlıq baxışının sintezi sərgini vahid canlı instalyasiyaya çevirərək müasir Azərbaycanda gözəlliyin və yaradıcı düşüncənin təntənəsini əks etdirir.

DOĞRU.AZ

image-17776550573228648248_1200x630 image-17776550572080214600_1200x630 image-17776550574477145225_1200x630 image-1777655057407155331_1200x630 image-17776550571404853997_1200x630 image-1777655057439151589_1200x630 image-17776550575314512002_1200x630 image-17776550576285336518_1200x630


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki