image-ads_n1karobka_mobile
image-image_940x_6a22b1c49bf7bbackend

İlham Əliyev Sərəncam İMZALADI

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat pul ayrılacaq.

Doğru.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki