Gəncə Dövlət Universitetinin (GDU) baş müəllimi Kəmalə İsayeva vəfat edib.
Sfera.az xəbər verir ki, o, 44 yaşında beyninə qan sızması nəticəsində dünyasını dəyişib.
K.İsayeva bakalavr və magistr təhsilini GDU-da alıb. 2004-cü ildən universitetdə müəllim işləyib. 2009-cu ildən isə GDU-nun baş müəllimi olaraq fəaliyyət göstərib.
DOĞRU.AZ

























