image-ads_n1karobka_mobile
image-image_940x_6a057fc9730a5backend

Bakıda məktəbdə BƏDBƏXT HADİSƏ

175 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) mayın 14-də pəncərədən yıxılıb.

Bununla bağlı Ajans.az-a BŞTİ-dən məlumat verilib. məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki