image-ads_n1karobka_mobile
image-6a16e5f9ae5ac95327669ff5backend

NASA Ayda daimi yaşayış bazası yaratmağa hazırlaşır

ABŞ Kosmik Agentliyi 2032-ci ilə qədər Ay səthində yaşayış üçün yararlı Amerika stansiyası qurmağı planlaşdırır.

Doğru.az xəbər verir ki, NBC News-un yaydığı məlumata görə, NASA bu ilin sonuna qədər Aya üç pilotsuz missiya göndərəcək.

Məlumata əsasən, bu missiyalar gələcək Ay bazasının yaradılması istiqamətində ilk addım hesab olunur. Layihənin birinci mərhələsinin 2029-cu ilə qədər davam edəcəyi bildirilir.

Daha sonra Ayda yarı-daimi yaşayış strukturlarının qurulması nəzərdə tutulur. 2032-ci ildən isə Ay səthində daimi fəaliyyət göstərən baza yaradılması planlaşdırılır.

Qeyd olunur ki, gələcəkdə astronavtlar növbəli şəkildə Ayda fəaliyyət göstərəcəklər. ABŞ prezidenti Donald Trump isə daha əvvəl ABŞ-ın Ay yarışında Çini qabaqlamaq niyyətində olduğunu açıqlayıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki