İyulun 10-da təmir-quraşdırma işləri ilə əlaqədar ölkənin bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Doğru.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Saatlı rayonunun Yeni Novruzlu qəsəbəsinin və Qıraqlı, Mustafabəyli, Bəylik, Yeni Novruzlu kəndlərinin, həmçinin Hacıqabul rayonunun Muğan qəsəbəsinin və Muğan, Qubalı, Paşalı 1, Paşalı 2, Cəngən, Şorbaçı, Tağlı, Tava kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
DOĞRU.AZ

























