Almaniyanın Dortmund şəhərində yaşayan aktrisa Gamze Dalmış Erken çəkiliş meydançasına etdiyi ziyarət zamanı yeni layihəyə dəvət alıb.
Doğru.az xəbər verir ki, aktrisa prodüser Yalçın Çobanın hazırda üzərində çalışdığı filmin setini ziyarət edib. Görüş zamanı Yalçın Çoban növbəti layihəsində Gamze Dalmış Erkenə uyğun obraz təqdim edərək onunla müqavilə imzalayıb.
Gamze Dalmış Erken bildirib ki, setə iş üçün deyil, sadəcə hal-əhval tutmağa gəlib. Onun sözlərinə görə, yeni layihədə yer alacağı üçün çox sevinclidir və bunun qismət olduğunu düşünür.
Yalçın Çoban isə çıxışında peşəkarlıqla yanaşı, hörmət və etik davranışın sənətdə hər zaman önəmli olduğunu vurğulayıb.
DOĞRU.AZ


























