Xəbər verdiyimiz kimi, Xalq artisti Rasim Balayev bu gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.
Axşam.az-ın məlumatına görə, aktyorla vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilir.
Sənət adamları, yaxınları onunla vidalaşmağa yığışıb.
Mərhum I Fəxri Xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, R.Balayev uzun müddətdir ağciyər xərçəngindən əziyyət çəkirdi. O, 77 yaşında dünyasını dəyişib.
Foto: İlqam Cəbiyev






































