image-2cbab9103f4b0d1bbackend

Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Azərbaycanda avqustun 11-dək bəzi ərazilərdə leysan, şimşək və dolu gözlənilir.

Doğru.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 9-u axşam saatlarından başlayaraq 11-dək Azərbaycanın qərb rayonlarından başlayaraq əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir.

Məlumata görə, gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki