Bu ilin iyul ayında Azərbaycan güzəştli şərtlərlə əmək pensiyası alan vətəndaşların sayını açıqlayıb.
Day.Az- ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Fonduna istinadən verdiyi məlumata görə , göstərilən dövrdə bu kateqoriyadan olan pensiyaçıların sayı 151 607 nəfər təşkil edib.
Qeyd olunur ki, bu şəxslərdən 115.615 nəfəri yaşa görə əmək pensiyası, 13.141 nəfəri əlillik pensiyası, 22.851 nəfər isə ailə başçısını itirməyə görə pensiya alır.
DOĞRU.AZ
























